Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Qərb Regional Hidrometeorologiya Mərkəzi hava məlumatlarını operativ olaraq Hidrometeoroloji Proqnozlar Bürosuna ötürür

0


  •         Hər il 23 mart tarixində Ümumdünya Meteorologiya Təşkilatı və onun üzvü olan ölkələrdə Ümumdünya Meteorologiya günü qeyd edilir. Təşkilata üzv olan 193 meteoroloji qurum tərəfindən qeyd edilən Ümumdünya Meteorologiya Günü 1961-ci ildən etibarən təqvimə salınıb. Bu günün qeyd edilməsində məqsəd əhalinin sağlamlığının təminində meteorologiya və meteoroloji xidmətin mühümlüyünə diqqət çəkmək, insanların fikrini bəşəriyyətin üzləşdiyi ən ciddi problemlərdən biri olan iqlim dəyişikliklərinə, onların səbəb və nəticələrinə, o cümlədən qarşısının alınmasına yönəltməkdir. Hər ilin bu günü insanlara 38 meteoroloji xidmətin mənasını başa salan yeni şüar seçilir. Bu ilin devizi “İqlim və Su”dur.
            ETSN Milli Hidrometeorologiya Departamenti Qərb Regional Hidrometeorologia Mərkəzinin direktoru Əli Ağayev bildirir ki, Azərbaycanda hidrometeoroloji müşahidələrin təşkili, proqnozlar və xəbərdarlıqların hazırlanmasını və yayımlanmasını təmin edən qurum Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentidir. Rəhbərlik etdiyi qurum 9 rayona xidmət edir. Qərb bölgəsində 8 meteoroloji stansiya və 2 radiometeoroloji stansiya vardır. Tabeliyimizdə olan 8 stansiyazımızın gücləndiriməsi üçün 7 vaysala 301 tipli avtomat meteoroloji stansiya qurulub. QRMN-nin Göygöl Radiometeoroloji stansiyasında cari ildə "Baron" tipli radiolokator qurulmuşdur. Qərb Ağstafa Radiometeoroloji stansiyasında MRL-5 tipli radiolokator vasitəsilə mütəmadi radar müşahidələri aparılmaqdadır. 
             Əli Ağayev qeyd edir ki, Hidrometeoroloji Proqnozlar Bürosuna Qərb Regional Hidrometeorologiya Mərkəzinin aidiyyəti əməkdaşları tərəfindən gündəlik operativ olaraq hər 3 saatdan bir havanın parametrləri - temperatur, yağıntı, görünüş, rütubətlilik, atmosfer təzyiqi, buludluq, atmosfer hadisələri və s. üzrə mütəmadi məlumat göndərilir. 
             ETSN Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyevanı və Departamentin bütün əməkdaşlarını peşə günü münasibətilə təbrik edirik. Hava məlumatı marağımızı təmin edən hidrometeorologia işçilərinə gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.  

    Qalib BƏYMƏMMƏDOĞLU

             
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi4 il öncə
    İzlənib134 dəfə
    Qərb Regional Hidrometeorologiya Mərkəzi hava məlumatlarını operativ olaraq Hidrometeoroloji Proqnozlar Bürosuna ötürür

    Maraqlı gələ bilər
    51
    28